Müəllif: Tamara Mustafayeva, Banco.az
“Starship” ilk dəfə Yer orbitinə çatdı.
Banco.az xəbər verir ki, ABŞ-nin aerokosmik şirkəti "SpaceX" tərəfindən indiyədək hazırlanmış ən güclü raket olan "Starship"in 14-cü sınaq uçuşu həyata keçirilib.
"Starship" Texasdakı "Starbase" bazasından 10 saatlıq sınaq uçuşu üçün buraxılıb. Uçuş zamanı raketin ilk dəfə orbitə çatması və 26 ədəd fəaliyyətdə olan “"Starlink"” peykini orbitə çıxarması planlaşdırılıb.
Lakin "SpaceX" rəsmiləri "Starship"in yüksəliş zamanı mühərriklərindən birini itirdiyini açıqlayıb. Uçuş idarəetmə qrupu əvvəlcə planlaşdırılan orbitə çıxarma manevrinin davam etdirilib-etdirilməməsi və ya həmin gün orbitə çıxmaqdan imtina edilməsi ilə bağlı tərəddüd etsə də, nəticədə raketin orbitə doğru hərəkətini davam etdirməsinə qərar verilib.
"SpaceX"in sözçüsü Den Huot açıqlamasında orbitə çıxarma və missiyanın sonunda orbitdən çıxmaq üçün tələb olunan mühərriklərin, eləcə də orbitdən aşağı uçuş üçün nəzərdə tutulan digər üç mühərrikin “hamısının yaxşı vəziyyətdə göründüyünü” bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!
