Müəllif - Fərid İslamov - Banco.az
Pfizer Inc., Britaniyanın Haleon şirkətindəki qalan 7,3%-lik payını 2,5 milyard funt sterlinqə (3,25 milyard ABŞ dolları) satıb. Bu barədə MarketWatch məlumat verir.
Ümumilikdə, 618 milyon səhmin hər biri 385 pensə olmaqla satılıb. Bu qiymət, çərşənbə axşamı bazar bağlanışındakı qiymətdən 1,6% aşağıdır.
Haleon özü də Pfizer-dən eyni qiymətə (385 pens) təxminən 44 milyon öz səhmini geri alıb, bu isə təxminən 170 milyon funt sterlinq təşkil edir.
Haleon, Britaniyanın GSK şirkəti tərəfindən 2019-cu ilin iyul ayında tibbi istehlak malları biznesləri əsasında GSK və Pfizer-in birgə layihəsi kimi yaradılıb. Şirkət, Sensodyne və Aquafresh markalarının diş məcunları, eləcə də Panadol (qızdırma salıcı) və Advil (iltihabəleyhinə dərman) kimi bir sıra dərman preparatları istehsal edir.
2022-ci ilin iyulunda Haleon ayrıca bir şirkət kimi ayrılaraq London Fond Birjasında listinq aldı.
GSK, 2024-cü ilin may ayında bu şirkətdəki bütün payını satdı.