Paytaxtda ictimai iaşə dövriyyəsi 20%-ə yaxın artıb | Banco.az

Paytaxtda ictimai iaşə dövriyyəsi 20%-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 399,6 milyon manat olub.

Bu barədə  Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

    Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2% çoxdur.

    Birinci rübdə paytaxtda hüquqi şəxslərin ictimai iaşə dövriyyəsi 230,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 57,7%-ni təşkil edir.