Digipharm şirkəti Pakistan hökuməti ilə səhiyyə sektorunda vətəndaşlara maliyyə yardımı göstərilməsi ilə əlaqədar proseslərin rəqəmsallaşdırılması üçün əməkdaşlıq edəcək. Bu əməkdaşlıq Milli Sosial Rifah Departamenti (Bait-Ul-Mal) tərəfindən idarə olunan ölkənin sağlamlıq fondunu optimallaşdırmağa imkan verəcəkdir. Bununla əlaqədar olaraq Digipharm (DPH) Pakistan Sosial Səhiyyə Fondu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Səhiyyə sisteimdə blokçeyn-həllərinin tətbiqi Pakistan hökumətinə maliyyə resurslarına qənaət etməyə və vətəndaşlara tibbi xidmətlərin göstərilməsinin optimallaşdırılmasına kömək edəcək. Rəqəmsal maliyyə prosesləri və optimal satınalma mexanizmləri aztəminatlı xəstələrə dəstək verilməsini sürətləndirəcək və onların tibbi xidmətlərdən yararlanmalarıni daha əlçatan olmasını təmin edəcək.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!