Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ildə Kiprin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 751 milyon 57 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 0,6% və ya 4 milyon 268 min dollar çoxdur.
Hesabat dövründə Kipr Azərbaycana ən çox investisiya yatıran 4-cü ölkə olub.
Qeyd edək ki, 2024-cü ildə bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 746 milyon 789 min dollar təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
