Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci il ərzində investisiya şirkətlərinin xalis mənfəəti 32% (2.5 mln. manat) azalaraq il sonuna 5.4 mln. manat olub.
Banco.az Mərkəzi Bankın "Maliyyə Sabitliyi" hesabatına istinadən xəbər verir ki, ötən il investisiya şirkətlərinin gəlirləri 42.9 mln. manat, xərcləri isə 37.6 mln. manat təşkil edib.
Bunlar da illik müqayisədə müvafiq olaraq 6.5% və 16% çoxdur.
Qeyd edilib ki, investisiya şirkətlərinin xalis mənfəəti artan haqq və komissiya, əmək haqqı və sosial xərclər, habelə inzibati xərclər fonunda azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
