Müəllif: Mehin Qasımova, Banco.az
2025-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 3,5 milyard dollar təşkil edib. Bu isə 2024-cü ilə nisbətən 24% azdır.
Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.
O qeyd edib ki, 2024-cü ildə ölkənin cari əməliyyatlar hesabının profisitli 4,6 mlrd. dollar təşkil edib.
Samir Nəsirov bildirib ki, cari əməliyyatlar hesabının ÜDM-də payı 4,6 %-ni təşkil edib. CƏH-in ötən il üzrə profisitinin həcmi makro iqtisadiyyatın dayanıqlığı baxımından müsbət hesab edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
