Ötən il Azərbaycanın Almaniyaya neft ixracı 13% azalıb | Banco.az

Ötən il Azərbaycanın Almaniyaya neft ixracı 13% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Almaniya 2024-cü ildə Azərbaycandan 726 milyon 14 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 145 milyon 919 min dollar və ya 16,7% azdır.

Hesabat dövründə Almaniyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 13,1% azalaraq 1,2 milyon ton olub.

Qeyd edək ki, bu dövrdə Almaniya Azərbaycanın ən çox xam neft ixrac etdiyi 5-ci ölkə olub. 2023-cü ildə Almaniya 4-cü ölkə idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram