Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ildə Azərbaycanın Gürcüstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 59 milyon 768 min dollar və ya 18% azalıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-dekabr aylarında Gürcüstana qeyri-neft ixracının dəyəri 272 milyon 700 min dollar təşkil edib.
2023-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 332 milyon 468 min dollar olub.
Qeyd edək ki, ötən il Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiya (1 milyard 162 milyon 108 min dollar) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!