Ötən həftənin gündəm xəbərləri | Banco.az

Ötən həftənin gündəm xəbərləri

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə İrandakı etirazların yaratdığı geosiyasi risk qavrayışı, ABŞ-ın Qrenlandiya planına reaksiyalar və qızıl və gümüş qiymətlərindəki dəyişkənlik qlobal bazarlarda diqqət çəkib.

Banco.az ötən həftənin mühüm gündəm mövzularını təqdim edir.

Fed sədri Pauellə cəza təhdidi
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell bildirib ki, ABŞ Ədliyyə Nazirliyi Fed binalarının yenilənməsi ilə bağlı ona qarşı cəza işi qaldırmaqla hədələyib.

Troy: Qızıl və gümüşdə yeni rekordlar gözlənilir
Ötən ili tarixi rekord səviyyələrlə başa vuran qızıl və gümüş qiymətlərinin 2026-cı ildə də yeni rekordlar qıracağı gözlənilir.

ABŞ-da inflyasiya gözləntilərə paralel
ABŞ-da istehlak qiymətləri indeksi (İQİ) aylıq əsasda 0,3 faiz, illik əsasda isə 2,7 faiz artıb. Əsas (baza) inflyasiya proqnozlardan aşağı səviyyədə reallaşıb.

Tramp Qrenlandiya planını dəstəkləməyən ölkələrə tarifləri açıqladı
Tramp Qrenlandiya planında Danimarkanın tərəfində yer alan Avropa ölkələrinə 1 fevraldan etibarən 10 faiz tarif tətbiq olunacağını, iyun ayında isə bu göstəricinin 25 faizə qaldırılacağını bildirib.

Trampdan İranla iş görən ölkələrə 25 faiz gömrük rüsumu
ABŞ Prezidenti Donald Tramp İranla iş görən ölkələrin ABŞ ilə ticarətdə 25 faiz həcmində gömrük rüsumu ödəyəcəyini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram