ABŞ ilə İran arasında müharibəni sona çatdıracaq diplomatik həllin hələ də uzaq görünməsi fonunda Yaxın Şərqdən neft tədarükünün risk altında qalacağı ilə bağlı narahatlıqlar üstünlük təşkil edib.
Banco.az xəbər verir ki, oktyabr fyuçersləri üzrə Brent neftinin qiyməti 0,7 faiz artaraq bir barel üçün 84,39 dollara yüksəlib.
Brent əvvəlki sessiyada 7 faiz ucuzlaşaraq son üç həftənin ən aşağı səviyyəsinə geriləmişdi.
ABŞ xam nefti (WTI) isə 0,7 faiz bahalaşaraq 80,95 dollardan satılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
