“Unicapital İnvestisiya Şirkəti” ASC Azərbaycanda Women’s Empowerment Principles (WEPs)-i imzalayan ilk investisiya şirkəti oldu.
Birləşmiş Millətlər Təşkilatının Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Qlobal Sazişi (UN Global Compact) tərəfindən yaradılan WEPs qadınların iqtisadi və sosial imkanlarının genişləndirilməsini, iş həyatında bərabər imkanların təşviqini və inklüziv korporativ mühitin formalaşdırılmasını dəstəkləyən qlobal prinsiplər toplusudur.
Unicapital-ın WEPs-ə qoşulması şirkətin korporativ sosial məsuliyyətə və işçilər üçün bərabər imkanların yaradılmasına verdiyi önəmin daha bir göstəricisidir.
Mövzu ilə bağlı Unicapital-ın Direktoru Elmira Qəribova fikirlərini bölüşüb:
“Unicapital olaraq inanırıq ki, dayanıqlı uğurun əsasında bərabər imkanlar yer alır. Qadınların Gücləndirilməsi Prinsiplərinə (WEPs) qoşularaq, hər bir əməkdaşın potensialını reallaşdırmasına və uzunmüddətli dayanıqlı inkişafa töhfə verməsinə şərait yaradan inklüziv korporativ mədəniyyətin inkişafına sadiqliyimizi bir daha bəyan edirik”.
Qeyd edək ki, hazırda Unicapital əməkdaşlarının 50%-ni qadınlar təşkil edir. Orta və top-menecment səviyyəsində qadınların payı isə 66%-ə çatır. Bu göstəricilər qadınların şirkətin müxtəlif səviyyələrində, o cümlədən qərarvermə proseslərində fəal iştirak etdiyini göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!
