Ötən ay çay istehsalı azalıb | Banco.az

Ötən ay çay istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2025-ci ilin yanvar ayında 726,1 ton çay istehsal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı illik müqayisədə 29% azalıb.

Məlumata görə, 1 fevral tarixinə ölkədə hazır məhsul ehtiyatı 52,7 ton olub. 

Qeyd edək ki, bu ilin yanvar ayında ölkədən 471,4 min dollar dəyərində 51,6 ton çay ixrac edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram