Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-fevral aylarında geyim istehsalı artıb. Belə ki, ötən 2 ayda ölkədə 12,9 milyon manat dəyərində geyim istehsal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2023-cü ilin ilk 2 ayı ilə müqayisədə geyim istehsalında 37,1% artım müşahidə olunub.
Həmçinin, ötən ay ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 88,6 milyon manat dəyərində məhsul istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!