Azərbaycan mebel idxalına çəkdiyi xərci 18 %-ə yaxın azaldıb | Banco.az

Azərbaycan mebel idxalına çəkdiyi xərci 18 %-ə yaxın azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 69,8 milyon ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, 2025-ci ilin 7 ayı ilə müqayisədə 15 milyon ABŞ dolları və yaxud 17,7 % azdır.

Ötən dövr ərzində mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni təşkil edib.

Xatırladaq ki, 7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb.

Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

report