Müəllif: Tamara Mustafayeva, Banco.az
Kazaks: ECB inflyasiyaya qarşı tədbir görmək üçün əlverişli mövqedədir.
Banco.az xəbər verir ki, Latviya Mərkəzi Bankının sədri Martins Kazaks istehlak qiymətlərində artımın “təxminən 3 faiz səviyyəsində” davam etməsinə baxmayaraq, gələn ay keçiriləcək iclasın nəticəsi barədə danışmaq üçün hələ tez olduğunu bildirib.
Kazaks müsahibəsində inflyasiyanın məqbul müddət ərzində 2 faiz səviyyəsinə qaytarılması üçün zərurət yaranacağı təqdirdə tədbir görmək imkanlarının olduğunu deyib.
O bildirib ki, Avropa Mərkəzi Bankının (AMB) rəsmiləri sentyabr ayında yenidən toplanaraq iqtisadi göstəriciləri və perspektivləri qiymətləndirəcək, bundan sonra qərar qəbul edəcəklər. Kazaks mövcud vəziyyət nəzərə alınmaqla faiz dərəcələrinin əlavə artırılmasının həm müsbət, həm də mənfi tərəflərinin olduğunu vurğulayıb.
Kazaks həmçinin Avrozona iqtisadiyyatlarının gözləniləndən bir qədər daha dayanıqlı olduğunu qeyd edib. Onun sözlərinə görə, ikinci rübdə iqtisadi artım kifayət qədər güclü olub və işsizlik səviyyəsi aşağı olaraq qalmaqda davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
