OPEC ölkələrində neft hasilatı nə qədər olacaq? – Proqnoz açıqlandı | Banco.az

OPEC ölkələrində neft hasilatı nə qədər olacaq? – Proqnoz açıqlandı

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2026-cı il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu açıqlayıb.

Banco.az EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 34.29 mln. barel olacağı proqnozlaşdırılır. Bu, qurumun əvvəlki proqnozundan 0.38 mln. barel çoxdur.

Hesabata əsasən, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 34.63 mln. barel olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram