OPEC+ ölkələri neft hasilatını artırmağa dair razılaşıblar | Banco.az

OPEC+ ölkələri neft hasilatını artırmağa dair razılaşıblar

Müəllif:Mehin Qasımova,Banco.az

Səkkiz OPEC+ ölkəsi neft hasilatını artırmağa razılaşıb.

Banco.az xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda deyilir .

Sənəddə deyilir ki, qərar qlobal iqtisadi mənzərənin sabitliyi, neft bazarındakı sağlam amillər və dünya üzrə kommersiya qalıq yanacaq ehtiyatlarının aşağı səviyyəsi fonunda qəbul edilib.

OPEC bazarın vəziyyətindən asılı olaraq neft hasilatının artımının dayandırıla biləcəyini vurğulayıb. Təşkilat bunun neft bazarının sabitliyini qoruyacağına əmindir.

Bundan əvvəl məlum olub ki, bir gün əvvəl 65,43 dollar/barelə qədər bahalaşan Brent markalı neftin avqust fyuçersləri üç dollardan çox ucuzlaşaraq 62,21 dollar olub. Eyni zamanda, WTI markalı neftin qiyməti də 60 dollar/barelə qədər enir.