Müəllif - Fərid İslamov - Banco.az
OPEC katibliyi, tərəfdaşlarla bağlanmış öhdəliklərə uyğun olaraq daha əvvəl azaldılmamış neft hasilatının kompensasiya edilməsi üzrə yenilənmiş qrafikləri qəbul edib.
Hasilatın azaldılması öhdəlikləri (2025-ci ilin martından 2026-cı ilin iyun ayına qədər):
-
İraq: 1,95 milyon barrel/sutka.
-
Küveyt: 141 min barrel/sutka.
-
Səudiyyə Ərəbistanı: 30 min barrel/sutka.
-
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ): 365 min barrel/sutka.
-
Qazaxıstan: 908 min barrel/sutka.
-
Oman: 99 min barrel/sutka.
-
Rusiya: 706 min barrel/sutka.
Ölkələrin kompensasiya müddətləri:
-
Rusiya və Küveyt: 2025-ci ilin oktyabrına qədər kompensasiya etməlidir.
-
Səudiyyə Ərəbistanı: Martdan maya qədər hasilatı azaltmalıdır.
-
Oman: Martdan oktyabra qədər hasilatı azaltmalıdır.
Bu öhdəliklər, OPEC+ ölkələrinin əvvəlki razılaşmalara uyğun olmayan hasilat həcmlərini kompensasiya etmək məqsədilə qəbul edilib.