Ölkə əhalisi 9 ayda geyimə 6 mlrd. manata yaxın pul xərcləyib | Banco.az

Ölkə əhalisi 9 ayda geyimə 6 mlrd. manata yaxın pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 5 milyard 837 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 4,9% çoxdur. 

Qeyd edək ki, ötən 9 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 13,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram