Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin oktyabr ayının əvvəlinə Azərbaycan bankları 3 milyard 667 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 783.4 milyon manat və ya 27,2% çoxdur.
Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği cari ilin yanvar ayının əvvəlinə 3 milyard 969 milyon manat, ötən ilin oktyabr ayının 1-də isə 2 milyard 883.4 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
