Azərbaycan 4 milyard kubmetrdən çox qaz ixrac edib | Banco.az

Azərbaycan 4 milyard kubmetrdən çox qaz ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən 2 ayda (yanvar-fevral) ölkədən 4 milyard 380 milyon 706 min kubmetr təbii qaz ixrac edilib.

Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 285 milyon 413 min ABŞ dolları olub.

Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 4,6% çox, dəyər baxımından isə 17,1% azalıb.

Qeyd edək ki, yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 35,07% olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram