Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin oktyabrın 1-i tarixinə ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 45,530.5 mln. manat, cəmi öhdəlikləri 39,539.1 mln. manat, balans kapitalı isə 5,991.4 mln. manat təşkil edib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bunlar ötən ayın əvvəli ilə müqayisədə müvafiq olaraq 0.4%, 0.2% və 1.8% çoxdur.
Qeyd edək ki, son 1 ildə sektorun aktivləri 4.3%, öhdəlikləri 3.3%, balans kapitalı isə 12,1% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!