Netflix-in qeyri-adi reklamı: Bilbordun içərisinə insan yerləşdirdi | Banco.az

Netflix-in qeyri-adi reklamı: Bilbordun içərisinə insan yerləşdirdi

Müəllif: Gülnar Əhmədli, Banco.az

Netflix yeni filmi “The Last House” üçün qeyri-adi reklam kampaniyasına imza atıb.

Banco.az xəbər verir ki, Los-Ancelesdəki Sunset Boulevard üzərində yerləşdirilən, təxminən 9 metr hündürlüyündə billbord kənardan baxdıqda kiçik bir evə bənzəyir.

Reklam konstruksiyasının içində divan, pəncərə və durbinin olduğu kondisionerli qonaq otağı qurulub. Otağa isə həqiqi aktyor yerləşdirilib.

Aktyor reklamın pəncərəsindən ətrafı izləyir və yoldan keçənlərlə ağ lövhə vasitəsilə ünsiyyət qurur. Billbordun içində real insanın olması ərazidən keçən sürücülərin də diqqətini çəkib. Aktyorun burada üç gün qalması planlaşdırılır.

Baş rollarda Greta Lee və Wagner Mouranın çəkildiyi “The Last House” filmi ehtiyatları sürətlə tükənən bir evdə məcburən qalan insanların sağ qalmaq mübarizəsindən bəhs edir.

Netflix reklam kampaniyası ilə filmin mövzusunu real həyata daşıyaraq Sunset Boulevardda diqqətçəkən bu məkanı yaradıb. Billbordun şənbə gününə qədər ərazidə qalması planlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram