Müəllif:Mehin Qasımova,Banco.az
"Nestle", "Danone" və "Lactalis" barəsində cinayət işi açılıb.
Banco.az xəbər verir ki, Paris prokurorluğu Fransada fəaliyyət göstərən bir neçə iri qida şirkətinə qarşı “insan sağlamlığı üçün təhlükə yaradan məhsullarla bağlı fırıldaqçılıq” ittihamı ilə istintaq başladıb.
Araşdırma çərçivəsində "Nestlé", "Danone" və "Lactalis" də daxil olmaqla beş şirkət yoxlanılır.
Paris prokurorluğu bildirib ki, araşdırma bir neçə körpə ölümü ilə də əlaqələndirilir və körpə qidasının tərkibində “sereulid” (cereulide) toksininin olması ehtimalı araşdırılır. Bu maddə ürəkbulanma və qusmaya səbəb ola bilər.
Prokurorluq qeyd edib ki, ölkə üzrə çoxsaylı şikayətlər və texniki araşdırmaların mürəkkəbliyi səbəbindən iş mərkəzləşdirilmiş qaydada Parisdə aparılacaq.
Təqsir sübuta yetirilərsə, şirkət nümayəndələrini yeddi ilə qədər həbs və 3,8 milyon avroya qədər cərimə gözləyə bilər.
