Neftin qiyməti dramatik həddə enib | Banco.az

Neftin qiyməti dramatik həddə enib

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,18 dollar yaxud 2,75% ucuzlaşaraq 41,75 dollar/barel təşkil edib.

"Brent" markalı neft isə 1,75 dollar və ya 3,82% ucuzlaşaraq 44,06 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 48 dollar/barel olacağı gözlənilir.