Neft qiymətlərində ucuzlaşma davam edir | Banco.az

Neft qiymətlərində ucuzlaşma davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft 3 həftəlik ucuzlaşmasını davam etdirir.

Banco.az xəbər verir ki, neft qiymətləri investorların sektor hesabatlarını gözləməsi fonunda üç həftədir ki, davam edən ucuzlaşma dinamikasını davam etdirir.

Brent markalı neft son üç həftə ərzində qlobal tələbat və Yaxın Şərqdəki gərginliklə bağlı artan narahatlıqlar səbəbindən təxminən 12 faiz dəyər itirdikdən sonra bir bareli 81 dollardan aşağı düşüb.

ABŞ xam nefti isə 76 dollar ətrafında ticarət edilib.

Qeyd edək ki, OPEC aylıq bazar hesabatını bu gün dərc edəcək. Həftənin davamında isə Beynəlxalq Enerji Agentliyi və ABŞ iki həftəlik inventar məlumatlarını açıqlayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram