Nazir: "Kommunal xidmət obyektlərinin özəlləşdirilməsi məsələsinə baxmaq lazımdır" | Banco.az

Nazir: "Kommunal xidmət obyektlərinin özəlləşdirilməsi məsələsinə baxmaq lazımdır"

Azərbaycanda kommunal xidmət obyektlərinin özəlləşdirilməsi məsələsinə baxılmalıdır. 

Bunu maliyyə naziri Samir Şərifov parlamentin 5 komitəsinin bugünkü birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı bildirib.

"Hazırda özəlləşmə proqamı hazırlanır. Geniş özəlləşməyə hazırlıq görülür. Ziddiyyətli məqamlar da var. Ona görə də bu məsələyə hökumət tərəfindən baxılır", - deyə nazir qeyd edib.

Mənbə: Report.az