NATO 2026-cı il üçün hərbi büdcəsini açıqlayıb | Banco.az

NATO 2026-cı il üçün hərbi büdcəsini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“NATO” 2026-cı il üçün hərbi büdcəsini açıqlayıb.

Banco.az xəbər verir ki, “NATO” tərəfindən yayımlanan yazılı açıqlamada 2026-cı ildən etibarən mülki büdcənin 528 milyon 200 min avroya, hərbi büdcənin isə 2 milyard 420 milyon avroya qaldırılacağı bildirilib.

Açıqlamada ümumi büdcənin 2 milyard 948 milyon 200 min avro olaraq müəyyənləşdirildiyi qeyd olunub və vurğulanıb ki, “daha konkret desək, 2026-cı il üçün Hərbi Büdcə “NATO”nun hərbi uyğunlaşmasına, müttəfiqlər arasında qarşılıqlı əməliyyat qabiliyyətinin artırılmasına, böhranların qarşısının alınmasına və idarə olunmasına, eləcə də əməkdaşlığa əsaslanan təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcək”.

Bildirilib ki, mülki büdcə müttəfiqlər arasında məsləhətləşmə və qərar qəbuletmə proseslərinin, həmçinin “NATO” Qərargahının fəaliyyətinin dəstəklənməsini davam etdirəcək.

Qeyd olunub ki, mülki büdcə mülki heyətin saxlanılması əməliyyat xərcləri və mülki proqramların maliyyələşdirilməsi üçün nəzərdə tutulur, hərbi büdcə isə “NATO” qərargahları ilə yanaşı, dünya üzrə həyata keçirilən proqramların, missiyaların və əməliyyatların istismar xərclərini qarşılayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram