Azərbaycanda bank sahəsində mənfəətliliyin saxlanacağını proqnozlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin “Azərbaycanın bank sisteminin perspektivləri” adlı hesabatına bildirilir.
Reytinqli banklarda xalis mənfəətin maddi aktivlərə nisbətinin orta səviyyəsinin 2–3% intervalında qalması gözlənilir. Bu göstərici sabit xalis faiz marjası, yüksək komissiya gəlirləri və ehtiyat ayırmalarının idarəolunan səviyyəsi ilə dəstəklənir. Son dövrdə marjanın artımı artan tələb fonunda pərakəndə və KOB kreditlərinin yüksək gəlirliliklə genişlənməsi ilə bağlıdır.
“Bununla belə, marja müəyyən təzyiq altında qala bilər: Mərkəzi Bankın uçot dərəcəsinin azalması faiz aktivlərinin gəlirliliyinin azalmasına gətirib çıxarır, əmanətçilər uğrunda sərt rəqabət səbəbindən maliyyələşdirmə dəyəri isə kifayət qədər yüksək olaraq qalır”.
Agentlik əlavə edib ki, məcburi ehtiyat normativlərinin artırılması da mənfəətliliyin artımını cüzi şəkildə məhdudlaşdıra bilər, lakin mənfəətlilik yüksək səviyyədə qalacaq.
