ABŞ-da ipoteka faiz dərəcələri 2022-ci ilin sentyabr ayından bəri ən aşağı səviyyədədir | Banco.az

ABŞ-da ipoteka faiz dərəcələri 2022-ci ilin sentyabr ayından bəri ən aşağı səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka faiz dərəcələri 2022-ci ilin sentyabr ayından bəri ən aşağı səviyyədədir.

Banco.az xəbər verir ki, ABŞ-da 30 il müddətinə verilən ipoteka mənzil krediti üzrə orta faiz dərəcəsi ötən həftə 6,09 faizə enərək 2022-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə düşüb. Eyni dövrdə ipoteka müraciətləri 0,4 faiz artıb.

“Mortgage Bankers Association” (MBA) fevralın 20-də başa çatan həftə üzrə ipoteka statistikasını açıqlayıb.

Məlumata görə, hesabat həftəsində ipoteka müraciətləri əvvəlki həftə ilə müqayisədə 0,4 faiz yüksəlib. Həmin müddətdə mənzil alışı üçün edilən müraciətlər 5 faiz azalıb, yenidən maliyyələşdirmə üzrə müraciətlər isə 4 faiz artıb.

Ölkədə 30 il müddətinə ipoteka üzrə orta faiz dərəcəsi əvvəlki həftədəki 6,17 faizdən 6,09 faizə enib. Bu müddətdə 15 il müddətinə ipoteka üzrə orta faiz dərəcəsi də 5,50 faizdən 5,48 faizə düşüb.

“MBA”nın vitse-prezidenti Coel Kan bildirib ki, ipoteka faizləri ötən həftə ABŞ xəzinə istiqrazlarının gəlirliliyini izləyərək azalma nümayiş etdirib və 30 il müddətinə ipoteka faizi 2022-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram