Müəllif - Fərid İslamov - Banco.az
İtalyan bankı Banca Monte dei Paschi di Siena rəqibi olan Mediobanca Banca di Credito Finanziario SpA-nın alınması üzrə təklifini nağd ödəniş komponenti əlavə etməklə yaxşılaşdırıb.
Bankın açıqlamasına görə, indi Mediobanca-nın hər bir səhmi üçün təkcə 2,533 yeni Monte Paschi səhm deyil, həm də 0,9 avro təklif olunur.
Bazar bağlanış qiymətinə əsasən, Mediobanca-nın dəyəri təxminən 16,95 milyard avro olaraq qiymətləndirilir.
Monte Paschi həmçinin açıqlayıb ki, birləşmənin uğurlu olması üçün indi ona Mediobanca-nın səhmdarlarının 35%-nin razılığı lazımdır, halbuki əvvəl bank təxminən 66,7% səhmdar dəstəyinə ümid edirdi.
Qeyd olunan sənədlərə görə, 29 avqust tarixinə Mediobanca səhmdarlarının təxminən 28%-i səhmlərini satmağa razılıq verib.
Təklif 8 sentyabr axşamına qədər qüvvədə olacaq.
