Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 16,1% artaraq 2 826,6 mln. manat təşkil edib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin 72%-i əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 37,3%-i və ya 1 055,6 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!