Müəllif:Mehin Qasımova,Banco.az
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın “Qazprom” şirkətindən təbii qaz alışını bərpa etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Rusiya Enerji Həftəsi çərçivəsində bildirib.
“SOCAR dünyada ilk dəfə “Qazprom”dan qaz alan, sonra isə “Qazprom”a tədarük edən yeganə şirkətdir və indi biz onu yenidən almaq istəyirik və “Qazprom”la qaz ticarəti edirik”, - deyə Nəsirov bildirib.
O, mümkün alışın konkret həcmi və vaxtı barədə hələlik məlumat olmadığını vurğulayıb.
