Azərbaycanda könüllü sığorta bazarı 13%-ə yaxın böyüyüb | Banco.az

Azərbaycanda könüllü sığorta bazarı 13%-ə yaxın böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 992 milyon 874 min manat sığorta haqqı toplanılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 111 milyon 30 min manat və ya 12,6% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği isə 756 milyon 936 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 178 milyon 461 min manat və ya 30,9% çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram