Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışına start verib.
Bu çərçivədə MİDA-nın Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı həyata keçirilir.
Qeyd edək ki, prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub.
