"Microsoft" və "Nvidia" bu şirkətə 15 milyard dollar investisiya yatırır | Banco.az

"Microsoft" və "Nvidia" bu şirkətə 15 milyard dollar investisiya yatırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft”, “NVIDIA” və “Anthropic” arasında 15 milyard dollarlıq investisiya müqaviləsi elan edilib.

Banco.az xəbər verir ki, ABŞ-lı texnologiya nəhəngləri “Microsoft” və “Nvidia” “Anthropic PBC”yə ümumilikdə 15 milyard dollar sərmayə yatırmağı öhdələrinə götürüblər. Sərmayənin 10 milyard dollarını “Microsoft”, 5 milyard dollarını isə “Nvidia” qarşılayacaq.

“Anthropic”in baş direktoru Dario Amodey “Microsoft”un baş direktoru Satya Nadella və “NVIDIA”nın baş direktoru Censen Huang sərmayə və strateji tərəfdaşlığı birgə elan ediblər.

Bu addım süni intellekt inkişaf etdirən Anthropic şirkətini, rəqibi OpenAI-nin ən böyük iki dəstəkçisi ilə daha da yaxınlaşdırır.

Razılaşmaya əsasən, “Anthropic” “Microsoft”un Azure bulud xidmətlərindən 30 milyard dollar dəyərində hesablama gücü satın alacaq. Şirkət həmçinin Azure üzərində 1 giqavatta qədər əlavə güc icarəyə götürə biləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram