"Qarabağ" Futbol Klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün "Dinamo"ya (Kiyev, Ukrayna) qarşı keçiriləcək oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də iş rejimi dəyişdiriləcək.
Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, oyuna görə "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: "Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək".
Xatırladaq ki, "Qarabağ" - "Dinamo" matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Tərəflər arasında Polşada baş tutan ilk görüş Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
