Müəllif: Tamara Mustafayeva, Banco.az
“Meta” 150 meqavatlıq bir geotermal elektrik stansiyası inşa etmək üçün “XGS Energy” ilə razılaşma imzaladığını açıqlayıb.
Banco.az xəbər verir ki, “XGS Energy” hələlik stansiyanın harada tikiləcəyini açıqlamayıb. “Meta” geotermal enerji sahəsində investisiya fəaliyyətini irəlilətmək məqsədilə bu razılaşmanın bağlandığını bildirib.
Son vaxtlar texnologiya şirkətləri məlumat mərkəzi inkişaf etdiriciləri və investorlar bu geotermal enerji texnologiyasına maraq göstərməyə başlayıblar. Geotermal enerji emissiya yaratmadan günün 24 saatı elektrik enerjisi istehsal edə bilir.
“Rhodium Group”un məlumatına görə, daha isti qayalara çatmaq üçün daha dərinə gedən inkişaf etmiş geotermal texnologiya 2030-cu ilə qədər ABŞ-da yeni məlumat mərkəzi tələbatının təxminən üçdə ikisini ödəyəcək qədər elektrik istehsal edə bilər. Bir çox geotermal startaplar suyu bir quyudan yerin altına vurub, qayalardakı çatlar vasitəsilə axıtdıqdan sonra başqa bir quyudan çıxarılmasına əsaslanan açıq dövriyyəli dizaynlardan istifadə edirlər. Zamanla bu suyun bir hissəsi itir. Digər tərəfdən, “XGS Energy” suyu möhürlənmiş bir quyu daxilində qapalı dövriyyədə hərəkət etdirərək su itkisini minimuma endirir. Bundan əlavə, qayalardan dövriyyəyə daha çox istilik ötürülməsini təmin etmək üçün quyu divarlarının xaricinə xüsusi bir palçıq yeridir.
“Rhodium Group” enerji və iqlim sahəsində tətbiqlər, siyasət və bazar inkişaflarının istixana qazı emissiyaları və enerji sistemlərinə təsirlərini təhlil edən, iqlim dəyişikliyinin nəticələri ilə bağlı praktik məlumat və hesabatlar təqdim edən ABŞ mərkəzli bir qurumdur.
Bizi sosial şəbəkələrdən izləyin!!