Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.
AMB-yə istinadən xəbər verilir ki, hərracda 250 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 40% çox - 350 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,53% təşkil edib.