Profisitli dövlət büdcəsi və Azərbaycan Mərkəzi Bankı tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi şəraitində manatla pul bazası 2022-ci ilin ötən dövründə 5,5 % azalıb.
Bu barədə Mərkəzi Bankın bəyanatında məlumat verir.
"İnflyasiya təzyiqlərinin artdığı şəraitdə izafi likvidliyin əlavə sterlizasiyası məqsədilə məcburi ehtiyat normalarından daha aktiv istifadə edilməsi də nəzərdə tutulur. Mərkəzi Bankın 6 iyun 2022-ci il tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na edilən dəyişikliklərin qüvvəyə minməsi məcburi ehtiyatlara dair çevik qərarların qəbuluna şərait yaradır", - məlumatda deyilir.
AMB əlavə edib ki, qiymətləndirmələrə görə məcburi ehtiyatların milli valyutada depozitlər üzrə 4 %-ə, xarici valyutada depozitlər üzrə isə 5 %-ə qaldırılması bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0,044 % artırıcı təsir göstərir.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!