Müəllif: Gülnar Əhmədli, Banco.az
İnvestorlar Yaxın Şərqdəki vəziyyəti qiymətləndirməyə davam etdikcə neft qiymətləri yüksəlib.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında may ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 0,48 dollar (0,43%) artaraq bir barel üçün 112,67 dollara çatıb.
Ötən cümə günü qiymət 3,54 dollar (3,26%) artaraq bir barel üçün 112,19 dollara çatıb və bu, 2022-ci ilin iyul ayından bəri yeni maksimumdur.
Nyu-York Ticarət Birjasının (NYMEX) WTI markalı xam neftin may fyuçerslərinin qiyməti 0,56 dollar (0,57%) artaraq bir barel üçün 98,79 dollara çatıb. Əvvəlki sessiyada bu müqavilələr 2,8% artaraq bir barel üçün 98,23 dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
