“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsinə əsasən “Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2025-ci il tarixli Qərarı ilə “Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC-yə verilmiş 01.11.2014-cü il tarixli, BKT-29 nömrəli müvafiq lisenziya könüllü əsaslarla ləğv edilib.
Banco. az-a bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilir.
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
Xatırladaq ki, “Premiet Kredit BOKT” 2014-cü ildə təsisis edilib. 400 512 manat nizamnamə kapitalı var. Onun səhmlərinin 34%-i Şəhla Mehdiyevaya, 33%-i Validə Əzizovaya və 33%-i İlahə Baxşəliyevaya məxsusdur.