Manat dollara qarşı ucuzlaşmağa davam edir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Manat dollara qarşı ucuzlaşmağa davam edir

Bu gün dekabrın 25-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 28-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 25-i ilə müqayisədə 0,14% və ya 0,0021 manat artaraq 1,5561 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 0,21% və ya 0,0036 manat artaraq 1,7079 manata yüksəlib. Manata nəzərən Rusiya rublunun məzənnəsi dekabrın 25-də olduğu kimi 0,0221 manat səviyyəsində qalıb.