Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı 2 630 manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici dövlət sektorunda 3 338,8 manat, özəl sektorda isə 2 473,8 manat olub.
2024-cü ilin eyni dövründə maliyyə və sığorta fəaliyyəti sahəsində dövlət sektorunda maaşlar 2 835,3 manat, özəl sektorda isə 2 192,5 manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!