Maliyyə və sığorta sahəsində maaşlar artıb | Banco.az

Maliyyə və sığorta sahəsində maaşlar artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ildə Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı 2 682,4 manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici dövlət sektorunda 3 322,9 manat, özəl sektorda isə 2 533,4 manat olub. 

2023-cü ilin eyni dövründə maliyyə və sığorta fəaliyyəti sahəsində dövlət sektorunda maaşlar 2 772,9 manat, özəl sektorda isə 2 214,3 manat olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram