Laqard sərt xəbərdarlıq edib: Aİ süni intellekt fürsətini əldən verir | Banco.az

Laqard sərt xəbərdarlıq edib: Aİ süni intellekt fürsətini əldən verir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Laqard sərt xəbərdarlıq edib: Aİ süni intellekt fürsətini əldən verir.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard bazar ertəsi günü verdiyi açıqlamada Avropanın süni intellekt sahəsində yaranan imkanı əldən verərək öz gələcəyini riskə atdığını və bu yeni texnologiyanın geniş tətbiqinə mane olan baryerlərin təcili şəkildə aradan qaldırılmalı olduğunu bildirib.

ABŞ və Çində fəaliyyət göstərən şirkətlər süni intellektə böyük həcmdə investisiya yatırarkən, bu dinamikanın maliyyə köpüyü yaradıb-yaratmadığı, yoxsa yeni bir texnoloji sıçrayışın xəbərçisi olub-olmadığı barədə müzakirələr hər keçən gün davam edir.

Laqard Slovakiyanın Bratislava şəhərindəki çıxışında “ABŞ və Çin bu sahədə irəlidə gedərkən, Avropa süni intellekt üzrə ilk addımları atmaq fürsətini artıq itirib,” deyə bildirib.

ECB prezidenti əlavə edib: “Son rəqəmsal inqilab zamanı bu texnologiyanı gec mənimsəməyimizin əvəzini hələ də ödəyirik. Süni intellekt dalğasını qaçırmaq və Avropanın gələcəyini təhlükəyə atmaq riski ilə üz-üzəyik.”

Laqardın sözlərinə görə, əvvəlki texnoloji transformasiyalardan fərqli olaraq, süni intellekt daha sürətli yayıla və daha tez iqtisadi gəlir gətirə bilər. O, buna görə 27 üzvlü Avropa İttifaqının (Aİ) vaxt itirmədən hərəkətə keçməli olduğunu xüsusilə vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram