Nağdsız ödənişlərdən istifadənin təşviq olunmasına rəğmən ölkədə bu sahədəki vəziyyət yetərincə ürəkaçan deyil, xüsusən də cari ildə tətbiq olunan 18%-lik vergi kartlarla aparılan əməliyyatlara zərbə endirib. Ölkədəki maliyyə çətlinliyi kredit kartlarından istifadə edənlərə də təsirsiz ötüşməyib.
Xüsusən də 2015-ci ildəki ikinci devalvasiyadan sonra kredit kartlarının sayında ciddi azalmalar müşahidə olunur.
Qeyd edək ki, 2015-ci ilin yanvarında kredit kartlarının sayı özünün ən yüksək göstəricisinə - 1 mln 322 min ədəd çatmışdır.
2016-cı ilin sonunda isə bu rəqəm 631 minə qədər düşmüşdür. Hazırda azalma tendensiyası davam edir. Daha ətraflı diaqramda da görə bilərsiniz.
2017-ci ilin avqust ayına olan göstəriciyə əsasən 2014-cü ilin sonu ilə müqayisə də kredit kartlarının sayı 2,25 dəfə azalıb.
Düzdür 2017-ci ildəki bu göstərici kredit kartlarının ən az göstəricisi deyil, xatırlatmaq lazımdır ki, 2013-cü ilin əvvəllərində kredit kartlarının sayı 427 min idi.