Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2024-cü ilin yanvar-noyabr aylarında 58 milyon 516 min manat sığorta haqqı yığıblar.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 milyon 874 min manat və ya 22,8% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 2 milyon 543 min manat və ya 13,9% artaraq 20 milyon 814 min manata çatıb. 2023-cü ilin yanvar-noyabr aylarında bu növ üzrə yığımların məbləği 47 milyon 642 min manat, ödənişlərin məbləği isə 18 milyon 271 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!