“Kapital Bank”da yeni təyinat | Banco.az

“Kapital Bank”da yeni təyinat

“Kapital Bank” ASC-nin idarə heyətində dəyişiklik olub.

Banco.az “Kapital Bank”-a istinadən xəbər verir ki, Vüqar Sadiq Beynəlxalq Əlaqələr üzrə müşavir vəzifəsinə təyin edilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.